Bakıda ilk dəfə kriptovalyuta biznesinin sirlərini öyrənin

Kriptovalyuta bazarının intensiv inkişafı tədricən yeni perspektivlər açır.

Əgər əvvəllər bu sahə son dərəcə riskli və şəraitdən asılı olan bir şey kimi təsvir olunurdusa, beynəxalq korporasiyaların və dünya maliyyə bazarlarında aparıcı oyunçuların bu prosesə qoşulmasından sonra istər-istəməz düşünürsən: Nə üçün mən indiyədək bu meynstrimdə təmsil olunmuram?

Cavab aydındır – təkcə blokçeyn texnologiyaları və kriptovalyuta bazarı haqqında ümumi biliklər qazanmağa deyil, həmçinin bu biznesə necə sərmayə yatırmaq və mənfəət götürmək barədə praktiki məlumat almağa imkan verən nüfuzlu ekspert rəyi əldə etməyin mümkünsüzlüyü.

Nəhayət ki, Bakıda belə bir fürsət yarandı. İyulun 7-də “Boulevard Hotel”də “Baku Blockchain Event” konfransı keçiriləcək. Tədbirin əsas mövzusu gələcəkdə kriptovalyutaların istifadəsi və blokçeyn texnologiyalarının inkişafıdır. Baş sponsor qismində “Digithereum Global Limited” şirkətinin (Honq Konq) çıxış etdiyi “Baku Blockchain Event” konfransı MDB-də kriptovalyuta sahəsində aparıcı ekspertləri bir araya gətirəcək. Tədbir həm yeni bazarın imkanları barədə ilk dəfə düşünənlərə, həm də artıq blokçeyn texnologiyası və rəqəmsal valyuta ilə tanış olanlara yönəlib. Konfransın əsas əhəmiyyəti yalnız kriptovalyuta bazarında qazanmağı bacaranlarla deyil, eləcə də öz biliklərini digərləri ilə bölüşməyə hazır olanlarla ünsiyyətdən ibarətdir.

Tədbir çərçivəsində çıxış edəcəklər:

  • Aleksandr Sokolov – beynəlxalq motivasiya spikeri, satışın effektivliyinin artırılması məsələləri üzrə ekspert, konsaltinq şirkətinin sahibi;
  • Boris Priymak – maliyyə və kriptovalyuta sahəsində ekspert;
  • Aleksey Darmoqray – iqtisadi tendensiyalar, ticarət və risklərin təhlili üzrə analitik;
  • Vitali Vorona – kriptovalyuta treydinqi sahəsində ekspert, MDB-də “Kriptoinvestorlar” Fondunun analitiklərindən biri;
  • Aleksandr Kurinnoy – CryptoGroup-un əməliyyat direktoru.

Baku Blockchain Event – bu, rahat şəkildə zəruri məlumat, həmçinin kriptovalyuta bazarında təcrübi bacarıqlar əldə etmək imkanıdır. Bizim ekspertlərimiz bu sahədə həm müsbət, həm də mənfi təcrübəyə malikdir və bu təcrübələrini bölüşməyə hazırdırlar. Zəruri məlumatın əldə olunması konfrans iştirakçılarına kriptovalyuta sahəsinə istiqamətlənməyə və öz biliklərini maksimum effektivliklə pula çevirməyə imkan verəcək.

Tədbir iyulun 7-si saat 12:00-da “Boulevard Hotel Baku”da təşkil ediləcək. İştirakın dəyəri 80 AZN-dir. Kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində faydalı məlumat digithereum.com saytında təqdim olunub. Biletləri iTicket.az kassalarında almaq olar. Telefon: (+994 55) 292 25 40

Mənbə :  https://az.trend.az/business/economy/2921009.html

X